Türkiyə Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində son günlər artan zorakılıq və mülki vətəndaş itkilərindən dərin narahatlığını ifadə edərək, məhkəməsiz qətlləri kəskin şəkildə qınayıb.
Modern.az xəbər verir ki, bu barədə qardaş ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, İordan çayının qərb sahilində artan zorakılıq və mülki itkilərlə bağlı Ankara olduqca narahatdır:
"Biz Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində son zamanlar artan zorakılıqlardan və mülki insanların itkisindən çox narahatıq və məhkəməsiz qətlləri qətiyyətlə pisləyirik. İsrail hakimiyyətini bölgədə gərginliyin daha da artmasının və həyat itkisinin qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırırıq. Fələstin dövləti və xalqına başsağlığı verir, hadisələrdə həyatını itirən fələstinlilərə Allahdan rəhmət diləyirik”.
Paylaş: