Xəbər lenti
Dünən, 19:25

ABŞ Ukraynaya tədarük etdiyi HIMARS reaktiv raket sistemlərinin Rusiya ərazilərinə hücum üçün istifadə edilməməsinin yolunu tapıb.

Musavat.com xəbər verir ki, bununla bağlı “The Wall Street Journal” qəzetində maraqlı məlumat yayılıb.

Qəzetin yazdığına görə, ABŞ mühəndisləri həmin raketlərin uçuş məsafəsini azaldıblar.

Qəzetin danışdırdığı, adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisinin sözlərinə görə, belə bir ehtiyat addım Rusiya ilə münaqişənin gərginləşməsi riskini azaltmaq üçün atılıb. O bildirib ki, modifikasiya edilmiş qurğulardan uçuş məsafəsi 300 kilometrə qədər olan ATACMS raketlərinin buraxılması üçün istifadə oluna bilməz.

WSJ-nin informasiyasına görə, ABŞ Ukraynaya bu cür raketlər verməyib. Lakin gələcəkdə rəsmi Kiyev başqa mənbələrdən ATACMS alacağı halda HIMARS atılması mümkün olmayacaq.

Pentaqon Ukraynaya ötürülən sistemlərdə hansı dəyişikliklərin edildiyi barədə ətraflı məlumat vermir. ABŞ ordusu yalnız bunun proqram təminatı və mexaniki hissələrə aid olduğunu təsdiqləyir.

ABŞ Ukraynaya 20 HIMARS sistemi və təxminən 75 km-lik mənzilli peyklə idarə olunan raketlər verib. Bu raketlər işğal olunmuş Ukrayna ərazisində Rusiyanın sursat anbarlarına, nəqliyyat şəbəkələrinə və komanda məntəqələrinə zərbələr endirmək üçün aktiv şəkildə istifadə olunur.




Ana səhifəyə qayıt        Baxış: 3 119          Tarix: 6-12-2022, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma