Xəbər lenti
Dünən, 19:25

İsrailin müdafiə naziri Beni Qans aviasiya məzunlarına dediyi fikirləri ilə diqqət çəkir.

Musavat.com xəbər verir ki, Beni Qans bildirib ki, ola bilsin, üç ildən sonra İrana hücumda iştirak etdiniz.

“Reuters” xəbər agentliyi də İsrailin müdafiə nazirinin sözlərinə istinad edib. Xəbərdə əlavə olunur ki, ekspertlərin fikrincə, İran nüvənin keyfiyyətini qısa zamanda artıra bilər, lakin döyüş başlığı yaratmaq üçün uzun illər tələb olunur.

İsrail ordusunun baş qərargah rəisi Aviv Kuxavi isə bildirib ki, İranın nüvə proqramının qarşısını almaq üçün istənilən əmri yerinə yetirməyə hazırıq.

“Times of Israel” saytının xəbərində İsrailin müdafiə naziri Beni Qantza istinadən bildirilir ki, İsrailin İranın nüvə müəssisələrini vurmaq bacarığında son illərdə əhəmiyyətli inkişaf yaşanıb və İrana zərbə endirmək ehtimalına hazırlaşır.




Ana səhifəyə qayıt        Baxış: 3 125          Tarix: 29-12-2022, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma