Xəbər lenti
Dünən, 19:25

NATO Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı sabitliyi qorumağa çalışdığı üçün Alyansın baş katibi kimi Yens Stoltenberqin səlahiyyət müddətini uzatmağı planlaşdırır.

Diplomatik mənbələrə istinadən yayılan məlumata görə, NATO ölkələri Stoltenberqin səlahiyyət müddətini 2024-cü ilin aprel ayına qədər uzadacaq.

Bildirilir ki, 30 NATO ölkəsi arasında məsələ ilə bağlı qeyri-rəsmi razılıq var və yaxın həftələrdə rəsmi qərarın veriləcəyini gözlənilir.

Qeyd edək ki, Stoltenberqin səlahiyyət müddəti artıq keçən il uzadılmışdı. Hazırda bu müddət sentyabrın 30-da başa çatır.

Mənbə: zn.ua




Ana səhifəyə qayıt        Baxış: 3 387          Tarix: 12-02-2023, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma