Xəbər lenti
Bu gün, 19:25

Amerikaya məxsus PUA-nın Qara dəniz üzərində görünməsi təxribatdır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

O, Rusiya Müdafiə Nazirliyinin PUA-nın transponderləri söndürülərək uçduğu barədə bəyanatını təkrarlayıb.

Antonov bildirib ki, PUA xüsusi hərbi əməliyyat zonasına daxil olub:

“Rusiya hamını bu ərazi barədə xəbərdar edib. Hesab edirəm ki, bu, əsl təxribatdır. Bu yolla Moskvanı bəzi konkret hərəkətlərə təhrik etməyə çalışırlar ki, sonradan Rusiyanı, hərbçilərimizi hansısa qeyri-peşəkarlıqda günahlandırsınlar. Rusiya ABŞ pilotsuz təyyarəsinə qarşı silah işlətməyib. Rusiya pilotları çox peşəkarcasına hərəkət ediblər, bizim qırıcılarımız tərəfindən heç bir silahdan istifadə olmayıb”.

Qeyd edək ki, ötən gün Qara dənizdə Rusiya qırıcısı ilə ABŞ PUA-sı toqquşub, nəticədə PUA dənizə düşüb.




Ana səhifəyə qayıt        Baxış: 2 899          Tarix: 15-03-2023, 12:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma