Ağ Evin əməkdaşları, Demokratik Milli Komitənin rəsmiləri və kənar məsləhətçilər ABŞ Prezidenti Cozef Baydenin ikinci müddətə namizədliyinə hazırlaşmaq üçün işləri gücləndiriblər. Namizədliyin elan olunması aprelin 25-də baş tuta bilər.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Ev Baydenin aprelin 25-də ikinci müddətə namizədliyini elan edəcəyi videomüraciətinin yayımlanmasını nəzərdən keçirir.
“Prezident Bayden 2024-cü il kampaniyasının necə və nə vaxt başlayacağı ilə bağlı yekun qərar verməyə yaxınlaşdıqca Ağ Ev, Demokratik Milli Komitə və kənar məsləhətçilərin iştirak etdiyi qapalı görüşlər artır”, - nəşr yazır.
Eyni zamanda vurğulanır ki, ABŞ-ın hazırkı prezidentinin seçki yarışında iştirakının rəsmi elanı yayın əvvəlində də baş verə bilər.
Paylaş: