Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Separatçı Cənubi Osetiya regionunda dislokasiya olunmuş Rusiya hərbi qüvvələri Gürcüstanın Kaspi rayonunun Karapila kəndi istiqamətində “sərhədlərin demarkasiyası” adı altında irəliləyərək Azərbaycanın Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsini öz nəzarəti altına alıb. Bu barədə “Rezonansi” qəzeti yazır. Məlumatı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti təsdiqləyib.
Bildirilir ki, Rusiya hərbçiləri Orçosani kəndi istiqamətindən irəliləyərək “sərhəd dirəklərini” Karapila kəndinə tərəf , Tortla çayı boyu basdırıblar. Nəticədə Bakı-Supsa neft kəmərinin bir hissəsi tikanlı məftillərin o biri tərəfində qalıb. Gürcüstan XİN bu addımı Rusiyanın “işğalçılıq siyasətinin davamı” və “təxribat” adlandırıb, beynəlxalq partnyorları ilə bu qanunsuz addımın qarşısını almağa çalışacaqlarını bəyan edib. “Biz bundan əvvəlki faktlar kimi bunu da çox ciddi qiymətləndiririk, partnyorlarımızla birlikdə bunun qarşısını almağa çalışırıq. Bu, bizim fəal şəkildə yürütdüyümüz siyasətdir”-xarici işlər naziri Mixail Canelidze bildirib.
Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri İrakli Sesiaşvili isə deyib ki, Bakı-Tblisi-Supsa neft kəməri ilə bağlı risklər layihənin planlaşdırılmasında nəzərə alınıb və alternativ variantlar var. Qəzetin yazdığına görə hakimiyyət bu riskləri mümkün qədər azaltmaq üçün beynəlxalq tərəfdaşlarla işləyir.
Briqada genealı, hərbi-siyasi məsələlər üzrə analitik Amiran Salukvadze isə rusların irəliləməsini şərh edərkən deyib ki, məqsəd SSRİ dövrünün sərhədlərini bərpa etməkdir. “Karapila kəndi bu sərhədin yaxınlığındadır.
Rusiya hərbçilərinin tanınmamış Cənubi Osetiya “respublikasının” inzibati sərhədlərinin demarkasiyasına yönəlmiş işlərə bir neçə gün əvvəl başladıqları bildirilir. “Rustavi-2” telekanalının xəbərinə görə hələ ötən həftə Karapila kəndi yaxınlığında “sərhəd zolağı” şumlanıb. Yerli sakinlərin bildirdiyinə görə, ruslar onlara deyiblər ki, şumlanmış zolaq yanğınların yayılmasının qarşısını almaq üçündür. Lakin şumlanmış zolaqlar Şida-Kartli regionunun digər yerlərində də iyulun əvvəllərindən başlayaraq meydana çıxmağa başlayıb.
Rusların Karapila kəndi istiqamətində irəliləməsi ABŞ-ın da ciddi narahatlıqla izlədiyi məsələdir. İyulun 14-də ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli həmin kəndə baş çəkib. Səfir bildirib ki, bu yer Gürcüstanın ən mühüm magistralının (Ermənistana gedən Şərq-Qərb magistralı) yaxınlığındadır və ölkə üçün, habelə onun hüdudlarından kənarda “böyük strateji əhəmiyyətə malikdir”.
“Mən bir daha narahatlıq ifadə edirəm ki, 21-ci əsrdə Gürcüstanın suverenliyinin öz qonşusu tərəfindən bu cür kobud pozulması baş verir. ABŞ Gürcüstanın suveren sərhədlərinin bu cür birtərəfli pozulması ilə heç vaxt barışmayacaq. Bu birtəfəfli addımları ABŞ heç vaxt tanımayacaq, necə ki, Baltik respublikalarının Sovet İttifaqının tərkibinə daxil edilməsini heç vaxt tanımadıq”-Yan Kelli bildirib.
Bu, rusların Cənubi Osetiya istiqamətindən Gürcüstanın içərilərinə doğru irəliləməsinə dair birinci hadisə deyil. Bir neçə gün əvvəl ruslar Qori istiqamətində irəliləyərək “sərhəd dirəklərini” 700 metrə qədər irəli çəkiblər, nəticədə Berşueti kəndinin ərazisinin bir hissəsi rusların nəzarətinə keçib.
Qafqaz araşdırmalar mərkəzinin rəhbəri Mamuka Areşidze hesab edir ki, Cənubi Osetiya sərhədlərinin Gürcüstanın içərilərinə doğru çəkilməsində məqsəd Tiflisi “sözəbaxan” etmək, Avroatlantika strukturlarına inteqrasiyadan çəkindirməkdir. Areşidzenin sözlərinə görə, ehtimal var ki, rusların Gürcüstanın içərilərinə doğru irəliləməkdə məqsədi Cənubi Qafqazda Ermənistanla Rusiyanı birləşdirən əsas magistral yola çıxış əldə etməkdir.
“Onlar Dağlıq Qarabağda müharibə zamanı Cənubi Qafqazda eskalasiya halında bu yoldan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Məsələ ondadır ki, bu şaiyələri Rusiya nümayəndələrinin özləri kuluarlarda yayır. Deyirlər ki, Dağlıq Qarabağda müharibə başlasa zərurət yaranarsa Txinvalidən Gümrüyə gedən yoldan istifadə edəcəklər. Rusların bu yola yaxınlaşmaq üçün açıq-aşkar hərəkətləri müşahidə olunmur, ancaq Rusiyanın tədricən və inamla atdığı addımlar düşünməyə əsas verir”-Areşidze bildirib.
Hazırda ruslar Gürcüstanı Ermənistanla birləşdirən əsas magistral yoldan cəmi 1 kilometr məsafədə mövqe tutublar.(virtualaz.org)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar