Xəbər lenti

“İsveç NATO üzvlüyünə nail olmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Xüsusilə, Stokholm üçtərəfli memoranduma əməl etməlidir”.

Bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər deyib.

“İkitərəfli görüşlərimizdə biz müttəfiqlərimizə bildirdik ki, İsveç üçtərəfli memorandumda göstərilən öhdəlikləri yerinə yetirərsə, Finlandiya kimi NATO üzvü ola bilər”, - deyə o bildirib.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 2 639          Tarix: 18-06-2023, 21:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma