Xəbər lenti

Fransa Prezidenti Emmanuel Makron Almaniyaya iyulun 2-4-nə planlaşdırılan dövlət səfərini ölkəsindəki etirazlara görə təxirə salıb.

Bu barədə Almaniya dövlət başçısı Frank-Valter Ştaynmayerin Dəftərxanası məlumat verib.

“Fransa Prezidenti Makron bu gün Prezident Ştaynmayerə zəng edib və ona ölkədəki vəziyyətlə bağlı məlumat verib. Prezident Makron Almaniyaya planlaşdırılan dövlət səfərinin vaxtının dəyişdirilməsini xahiş edib”, - deyə press-relizdə bildirilib.

Qeyd edilib ki, Ştaynmayer Makronun qərarından təəssüfləndiyini ifadə edib, lakin etirazlar fonunda bunu tam anlayışla qarşıladığını vurğulayıb. “Səfər ən tez zamanda həyata keçirilməlidir”, - deyə Almaniya Federal Prezidentinin Dəftərxanasından bildirilib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 799          Tarix: 1-07-2023, 23:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma