Xəbər lenti

Ukrayna Danimarkanın ona təhvil verəcəyi “F-16” qırıcılarından yalnız öz ərazisində istifadə edə biləcək.

Bunu Danimarkanın müdafiə naziri Yakob Elleman-Yensen deyib.

“Biz silahları bir şərtlə ötürürük ki, onlar düşməni Ukraynadan sıxışdırıb çıxarmaq üçün istifadə olunsun”, - deyə nazir qeyd edib.

Partiya sədri Sören Pape Poulsen də qırıcıların Ukraynadan kənarda fəaliyyət göstərməməli olduğunu vurğulayıb.

“Ukraynada onlardan özünümüdafiə üçün istifadə edilməsi vacibdir. İdeya bundan ibarətdir ki, təyyarələr Rusiyaya hücum etmək üçün istifadə edilməməlidir”, - o bildirib.

Baş nazir Mette Frederiksen Ukraynanın digər ölkələrdən daha çox təyyarə alacağına ümid edir.

“Biz konkret “F-16” ianə edən ilk ölkəyik və ümid edirəm ki, digər ölkələr də bunu edəcək”, - deyə baş nazir əlavə edib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 916          Tarix: 21-08-2023, 18:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma