Xəbər lenti

İraq hakimiyyəti İranla həmsərhəd bölgələrdə yerləşən qrupları tərksilah edib.

Bu barədə Ərəb Respublikasının xarici işlər naziri Fuad Hüseyn Tehranda iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“İraq-İran sərhədində yerləşən qruplar tərksilah edilib və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsi altında fəaliyyət göstərəcək qaçqın düşərgələri yaradılıb”, - F.Hüseyn əlavə edib. Onun sözlərinə görə, saziş İraq Kürdüstanı hökuməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Abdullahian da öz növbəsində İranın “milli təhlükəsizliyi ciddiyə aldığını” deyib. “Biz məmnunuq ki, İraq hökumətinin yüksək vəzifəli rəsmiləri və ölkənin xarici işlər naziri Fuad Hüseyn bu gün terrorçu qrupların İran sərhədlərinə yaxın ərazilərdən çıxarılması, onların tərksilah edilməsi səyləri ilə bağlı çox mühüm məlumat verdi”, - deyə iranlı nazir əlavə edib. O qeyd edib ki, razılaşma çərçivəsində növbəti addımlar yaxın günlərdə tam şəkildə həyata keçiriləcək.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 113          Tarix: 13-09-2023, 23:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma