2023-cü ilin oktyabrın 7-də başlayan HƏMAS - İsrail müharibəsi davam edir. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında ölən fələstinlilərin sayı 34 568 nəfərə çatıb, zərərçəkənlərin sayı 77 765 nəfərdir.
Musavat.com xəbər verir ki, bütün şiddəti ilə davam edən bombardmanlar bölgəyə humanitar yardımın çatdırılmasını olduqca çətinləşdirir.
Bununla belə, yardım "TIR"ları Qəzzaya daxil olub. Belə ki, Qəzza zolağı ilə sərhəddə yerləşən İsrailin Erez keçid məntəqəsi Fələstin anklavına humanitar yardım çatdırmaq üçün dünən yenidən açılıb. Gün ərzində İordaniyadan humanitar yük daşıyan 30 yük maşını həmin keçid məntəqəsindən keçib. Bu da mühasirədəki xalqın sevincinə səbəb olub.
Onu da qeyd edək ki, nəzarət-keçid məntəqəsi 2023-cü il oktyabrın 7-dən fəaliyyət göstərmirdi.
Paylaş: