Xəbər lenti

"Putin Fransa hərbçilərinə zərbələri nəzərdən keçirə bilər".

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı çıxışında deyib.

Peskov "Washington Post" qəzetində dərc olunan məqalədə köşə yazarı Li Hokstaderin Fransanın Ukraynaya təlimatçılarını göndərəcəyi təqdirdə, Rusiyanın onlara zərbə endirə biləcəyi ilə bağlı iddialarına şərh verib.

"Putin Fransa hərbçilərinə zərbələri nəzərdən keçirə bilər... Qərb liderləri arasında Rusiyanın ən aqressiv opponentlərindən birinə çevrilmiş Makronu alçaltmaq şansı var", - deyə o bildirib.

Peskovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə təlim keçirən hər hansı təlimatçı Rusiya zərbələrinə qarşı qorunmayıb.

"Fərqi yoxdur, onlar fransalıdırlar, ya fransalı deyillər", - deyə o qeyd edib.

Mənbə: "MK.ru" "Telegram"




Ana səhifəyə qayıt        Baxış: 4 228          Tarix: 4-06-2024, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma