Xəbər lenti

ABŞ administrasiyası İran hakimiyyətinə bu ölkədə potensial olaraq nüvə silahı yaratmaq məqsədi daşıyan fəaliyyətlər aşkarlaması ilə bağlı xəbərdarlıq edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, İran tərəfinə xəbərdarlıq iyun ayında həm üçüncü ölkə, həm də birbaşa kanallar vasitəsilə göndərilib.

Amerika tərəfi Tehrana İranın nüvə silahı yaratmaq üçün istifadə oluna biləcək tədqiqat fəaliyyətləri ilə bağlı dərin narahatlığını ifadə edib.

Həmçinin qeyd olunub ki, ABŞ və İsrail son aylarda iranlı alimlərin nüvə sahəsində şübhəli fəaliyyətini qeydə alıb.




Ana səhifəyə qayıt        Baxış: 2 824          Tarix: 18-07-2024, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma