Xəbər lenti

İsrail Baş naziri Benyamin Netanyahu Qəzza zolağında HƏMAS hərəkatı üzərində tam qələbə qazanmaqdan imtina etməyəcəyini deyib.

Oxu.Az-ın "Firstpost" istinadla məlumatına görə, bu barədə o, Vaşinqtonda girov ailələrlə görüş zamanı bəyan edib.

"Mən heç bir halda HƏMAS üzərində qələbədən imtina etməyə hazır deyiləm. Qəbul etdiyimiz qərarlar İsrail Dövlətinin gələcəyi üçün taleyüklüdür", - deyə o bildirib.

Netanyahunun sözlərinə görə, girovlarla bağlı sövdələşmə üçün şərait yetişir ki, bu da yaxşı əlamətdir.

Baş nazir, həmçinin düşmənin ruhunda dönüş müşahidə edildiyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 662          Tarix: 23-07-2024, 18:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma