Xəbər lenti
23-10-2025, 16:21

Nüvə müharibəsi başlaya bilər.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Lyublyanada Sloveniyanın xarici və Avropa işləri naziri Tanja Fajon ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ukraynada davam edən müharibənin nüvə savaşına çevrilməsi ehtimalı var.

H.Fidan söyləyib ki, Avropanın mərkəzində davam edən müharibə faciədir:

"Müharibənin gətirə biləcəyi növbəti riskləri təxmin etmək mümkün deyil. Ona görə də müzakirələr başlanmalıdır. Müharibənin regiona daha çox təsir etməsinin qarşısı alınmalıdır".




Ana səhifəyə qayıt        Baxış: 3 209          Tarix: 30-08-2024, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma