Xəbər lenti

İsrailin Baş naziri Benyamin Netanyahu BMT-yə müraciət edərək sülhməramlıların Livandakı müharibə zonasından dərhal çıxarılmasını tələb edib.

Oxu.Az NEWS.ru-ya istinadən xəbər verir ki, siyasətçinin BMT-nin baş katibi Antonio Quterreşə videomüraciəti hökumət başçısının ofisi tərəfindən yayılıb.

"Cənab baş katib, UNIFIL qüvvələrini Livandan çıxarın. Bu, dərhal, dərhal edilməlidir", - məlumatda deyilir.

Nazir izah edib ki, öz mövqelərində qalan sülhməramlılar İsrailin mübarizə apardığı "Hizbullah" üçün "girov" və canlı qalxan olurlar.

Netanyahunun sözlərinə görə, kontingenti geri çəkməkdən imtina əsgərlərin həyatını riskə atmaqdır.




Ana səhifəyə qayıt        Baxış: 3 108          Tarix: 13-10-2024, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma