Xəbər lenti

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, gələn ay ABŞ-də keçiriləcək prezident seçkisinin nəticəsi Ukraynanın gələcəyi üçün həlledici olacaq. O qeyd edib ki, ABŞ-də seçkidən sonra Ukraynaya hansı təklifin olacağını bilmir, lakin irəliləmək üçün üç variant var.

Oxu.Az-ın məlumatına görə, Zelenski bunu "The Financial Times"a müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, gələn ay ABŞ-də keçiriləcək prezident seçkisinin nəticəsi Ukraynanın gələcəyi, o cümlədən NATO ilə bağlı məsələlər üçün həlledici olacaq.

"ABŞ-də seçkidən sonra bizə hansı təklifin olacağını bilmirəm. Biz irəliləmək üçün üç fərqli yol görürük. Onlardan biri hələ də müəyyən risklərdən ehtiyat edən müttəfiqlərlə dəstəyin davam etdirilməsidir. Ağ Ev uğrunda yarışı kimin qazanacağından asılı olaraq, biz digər iki yol görürük. Bu, daha müsbət olacaq? Yoxsa daha az müsbət? Açığı, bilmirəm. Və bu, xalqımız üçün çox həssas məsələdir", - deyə Zelenski bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 980          Tarix: 18-10-2024, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma