Xəbər lenti

ABŞ-nin Yəmənin Hodeyda əyalətinə endirdiyi zərbələr nəticəsində həlak olanlar arasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi məsləhətçiləri də olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Sky News Arabia" kanalı məlumat verib.

Məlumata görə, Hodeydaya hücum zamanı qiyamçı "Ənsar Allah" hərəkatında iştirak edən Yəmən husilərinə hərbi dəstək verdiyi iddia edilən "Əl-Qüds" xüsusi təyinatlılarının əsgərləri öldürülüb.

Baş verənlərin təfərrüatları və ölənlərin dəqiq sayı barədə məlumat verilmir.




Ana səhifəyə qayıt        Baxış: 3 283          Tarix: 18-03-2025, 14:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma