Xəbər lenti

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 15-də İstanbulda keçiriləcək Ukrayna ilə bağlı danışıqlarda iştirak etməyəcək.

“Report” xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Qeyd edək ki, Rusiya qarşıdakı danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini hələlik açıqlamayıb.

“The Washington Post” qəzeti dünən Kremldəki keçmiş yüksək vəzifəli mənbəyə istinadən yazıb ki, Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Yuri Uşakov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edə bilər.




Ana səhifəyə qayıt        Baxış: 2 901          Tarix: 14-05-2025, 19:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma