Ərzincanda yerləşən Rahib dağında 35 il əvvəl Mustafa Aydəmir və əsgərlər tərəfindən çəkilən Atatürkün portreti silinir.
Publika.az xəbər verir ki, Mustafa Aydəmir 1982-ci ildə Ərzincanda hərbi xidmətdə olan zaman Rahib Dağında 7565 kvadrat metr sahənin üzərindəki qayaya 176 kvadrat metr sahədə "Atatürkün gözləri" adlı portret çəkib. Bu portret səmadan baxıldığında dəqiqliklə görünən yeganə türk portreti kimi dəyərləndirilmişdi.
3 min könüllü əsgər ilə birlikdə 29 gündə ərsəyə gələn bu əl işi daşlar üzərinə hərbi maşınların mühərrik yağlarından və tullantı halında tapılan kimyəvi maddələrdən istifadə edilərək çəkilib.
İmza olaraq "Portret Türk millətinə aiddir" yazan Mustafa Aydəmir baxımsızlıq ucbatından ulu öndərin rəsminin silinmə təhlükəsi yaşadığını gündəmə gətirib.
Faktla bağlı aydiyyəti qurumlar dərhal hərəkət keçəçəklərini bildiriblər.
Paylaş: