Xəbər lenti

“ABŞ Çinlə iqtisadi müharibə aparır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin əsas strateji məsləhətçisi Stiven Bennon deyib.

“Biz Çinlə iqtisadi müharibə vəziyyətindəyik. Onlar nə etdikləri barədə danışmaqdan utanmırlar”, - Ağ Ev rəsmisi bildirib.

Bennon həmçinin qeyd edib ki, ən yaxın 25-30 il ərzində iki dövlətdən biri hegemon olacaq. Ağ Evin strateqi həmçinin Amerika hakimiyyətini xəbərdar edib ki, ABŞ bu yolda ilişərsə, Çin dünya lideri olacaq.

“ABŞ uduzmağa davam edərsə, heç vaxt özünü bərpa edə bilməyəcək”, - o əlavə edib.

ABŞ prezientinin məsləhətçisi Şimali Koreya probleminə də toxunub. O əmin edib ki, problemin hərbi həll yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 810          Tarix: 17-08-2017, 14:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma