Xəbər lenti

  Kreml daima Zakarpatyada separatçı əhval-ruhiyyənin gücləndirilməsi kartını oynayır.

Axar.az xəbər verir ki, bunu “Obozrevatel” portalına açıqlamasında rusiyalı eks-deputat İlya Ponomaryov söyləyib.

“Hazırda Moskva üçün lazım olan Zakarpatya prosesinin özüdür. Ona görə ki, bu, Ukrayna üçün təzyiq vasitəsidir. Moskvaya Zakarpatyanın Macarıstana verilməsinin nəyə görə lazım olduğunu söyləmək çətindir. Kremlə sadəcə lazımdır ki, bu bölgədə daima separatizm təhdidi yüksək səviyyədə qalsın. Zakarpatyanın taleyi, ümumiyyətlə, Moskvaya maraqlı deyil. Onun əsas istəyi Kiyevin yenidən Moskva ilə danışıqlara oturmasıdır”, – deyə o bildirib.

Qeyd edək ki, dünən “Apostrof” saytı Moskvanın Macarıstandakı sağçı təşkilatlar vasitəsilə Zakarpatyanı Ukraynadan ayırmaq istədiyi haqqında informasiya yayıb. Məqalədə Rusiyanın bu siyasətini Rusiya Prezident Administrasiyasının rəhbərinin sədr müavini Sergey Kiriyenko və biznesmen Söyün Sadıqovun həyata keçirəcəyi bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 540          Tarix: 19-09-2017, 09:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma