Xəbər lenti

 

Bir gün Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur: "Mələklər gülüb-ağlayırlarmı?".

Cəbrayil (ə) deyir: "Bəli. Üç insana təəccüb üzündən gülərlər. Üç insana ürəkləri yandığı üçün ağlayarlar.
Güldükləri ilk kəs: O kəsdir ki, bütün gününü yersiz sözlər və işlər görməklə keçirər, axşam olan kimi işa namazını qılıb, yenə yersiz işlərinə davam edər. Mələklər gülər və deyər: "Ey xəbərsiz! Səhərdən axşama qədər doymamısan, indi doyacaqsan?".
Güldükləri ikinci kəs: Ovqat.com deyerler.org-a istinadən bildirir ki, əkinçi öz belini və külüngünü götürər və torpağını islah etmək bəhanəsi ilə (özü ilə şəriki arasında olan) müştərək divarı ovar ki, öz payını çoxaltsın. Mələklər gülər və deyərlər: "Bu torpaq bu qədər genişliyi ilə səni doydurmayıb, bu müxtəsər yer doyduracaqdır?".
Güldükləri üçüncü kəs: O qadın ki, sağ olan zaman özünü naməhrəmdən örtməz, ölən zaman qəbrə qoyanda bədənini örtərlər ki, heç kəs bədəninin həcmini görməsin. Mələklər gülər və deyərlər: "O zaman ki, meyil və rəğbət var idi, onu örtmürdünüz, indi ki, kərahətə səbəb olmuşdur, onu örtürsünüz?"".




Ana səhifəyə qayıt        Baxış: 1 128          Tarix: 25-11-2017, 19:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma