Xəbər lenti

 

Bu ilin oktyabr ayından başlayaraq yanvar ayına qədər əhatə etməklə “Eşidilməyən səslər” teatr tamaşalarının təşkili fərdi layihəsi çərçivəsində yeniyetmə və gənclərin ümumən 30 nəfərinə formalaşmış qruplar olaraq 27, 28, 29 noyabr 2017 tarixlərində Binəqədi Gənclər Evində təlimlər keçirildi. Layihədəki ekspertlər təlim qrupuna seçim zamanı iştirakçıların layihəyə olan maraqları, ümumi görüş və ilkin sorğu nəticəsində əldə edilən nəticələrə görə çıxarılan qərara əsaslanırdı. Seçimdə gender balansı və yaş həddi nəzərə alınmışdı. Təlim zamanı iştirakçılara “Teatr tamaşaları vasitəsilə mesajın verilmə yolları” “Əlilliyə tibbi və sosial yanaşma”və “Əlillik terminologiyası ” haqqında geniş məlumat verildi. Təlimdə dinləyicilər öyrəndiyi bilikləri teatr tamaşaları vasitəsilə praktikada tətbiq etdilər. 
Ovqat.com
xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Fərdi layihənin müəllifi Gülşən Abbasovadır. Layihənin məqsədi tipik və əlilliyi olan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmələri üçün “Eşidilməyən Səslər” adı altında teatr əsaslı təlimlər təşkil etməklə, əlilliyi olan yeniyetmə və gəncləri cəmiyyətə inteqrasiya etməkdir.


“Eşidilməyən Səslər” teatr tamaşalarının təşkili
fərdi layihənin müəllifi Gülşən Abbasova

“Eşidilməyən səslər teatr tamaşalarının təşkili çərçivəsində təlimlər keçirildi“Eşidilməyən səslər teatr tamaşalarının təşkili çərçivəsində təlimlər keçirildi“Eşidilməyən səslər teatr tamaşalarının təşkili çərçivəsində təlimlər keçirildi




Ana səhifəyə qayıt        Baxış: 867          Tarix: 1-12-2017, 18:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma