Məşhur amerikalı aktrisa Keti Holms dünən Nyu-York metrosunda görüntülənib. O, alış-veriş etdikdən sonra metroya enib.

Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, aktrisanı metroda görənlər təəccüblənib. Amma maraqlıdır ki, bu, Keti Holmsun ilk metro səyahəti deyil. O, bundan öncə də dəfələrlə metrodan istifadə edib. Ümumiyyətlə, aktrisa Amerika cəmiyyətində olduqca təvazökar insan kimi tanınır.