Respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı silsilə tədbirlərin davamı olaraq 7 dekabr 2018-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 N-li tam orta məktəbdə parlamentimizin yaranmasının 100 illik yubileyi qeyd olundu.Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Fərid Ağaliyev açaraq AXC-nin tarixi haqqında, parlamentin tarixi haqqında şagirdlərə məlumat verdi. Daha sonra məktəbin şagirdləri parlamentin fəaliyyəti haqqında təqdimatlar və video slaydlar təqdim etdilər.
Azərbaycan dili və ədəbiyyat müəllimi MəmmədTahirov, ibtidai sinif müəllimi Rizvanə Rəfiyeva AXC və parlament haqqında fikirlərini bildirdilər.
Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Hüseyn Ağayev sonda müəllimlərə və şagirdlərə təşəkkürünü bildirdi. Şagirdlərə uğurlar arzuladı.
Ovqat.com
Paylaş: