
Xəbər lenti
Bu gün, 12:11
Bu gün, 11:07
Bu gün, 09:03
Dünən, 23:20
Dünən, 20:57
Dünən, 19:15
Dünən, 18:05
Dünən, 15:24
Dünən, 15:00
Dünən, 11:16
23-08-2025, 22:29
23-08-2025, 20:52
23-08-2025, 19:08
23-08-2025, 17:10
23-08-2025, 17:00
23-08-2025, 15:30

Tanınmış şair-publisist Məmməd Tahir bu gün facebook səhifəsində “Alqış sənə” adlı şeir paylaşıb.
Ovqat.com xəbər verir ki, adı çəkilməsə belə, şeirin hər sətirindən Ali Baş Komandan İlham Əliyevə yazıldığı bəlli olur.
Daha gözlərimin kökü saralmır,
Dilimi göynətmir acı qəhər də.
Gecə yurd həsrəti yuxumu çalmır,
Alqış, alqış sənə, böyük sərkərdə!
Açıb nəzərlərdə yaz çiçəkləri,
Hamı bir-birinə daha xoş baxır.
Bəs nədən ATƏT-in kor təlxəkləri
Bu böyük zəfərə yarıxoş baxır?
Belini dikəldir, qalxır Qarabağ,
Qurumuş dilini isladır torpaq.
Bakirə ruhuyla dönür üzü ağ,
Dönür alnı açıq o od, o ocaq.
Qazilər döyüşür çiyin-çiyinə,
Şəhidlər çiynini verib qaldırır.
Çəkib qılıncını bu kor düyünə,
İgidlər atlını atdan saldırır.
Çıxır əsirlikdən yurd qarış-qarış,
Minalı çöllərin teli daranır.
İtiyi itmişə dönüb yol-yoxuş,
Hər qaya aranır, hər daş aranır.
Dönür tozanağa ismi qaralar,
Qürurum, qeyrətim qızıl yəhərdə.
Torpaq pıçıldayır ana dilində;
Alqış, alqış sənə Böyük Sərkərdə.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar