Xəbər lenti
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
21-12-2024, 12:35
Nüfuzlu “Eurasia Review” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Qafqaz Albaniyası ilə bağlı müəmma” sərlövhəli məqaləsi dərc olunub.
Ovqat.com-un məlumatına görə, müəllif məqaləsində yazır ki, müasir dövrdə Ermənistanla Azərbaycan arasında başlamış münaqişə Qafqaz Albaniyasına marağın artmasına və mövzunun siyasiləşdirilməsinə səbəb olub.
Fərid Şəfiyevin fikrincə, bəzi Qərb ekspertləri Azərbaycanın Qafqaz Albaniyası ilə bağlı nəzəriyyələrini uydurma və saxta adlandırır. Lakin bu ekspertlərin əksəriyyəti Qafqaz Albaniyasının tarixi, o cümlədən bu tarixi öyrənmək üçün tələb olunan erməni, ərəb və hazırda mövcud olmayan alban dili biliklərinə və hətta tarix üzrə fəlsəfə doktoru dərəcəsinə malik deyillər. Yalnız sayla göstərilə biləcək Qərb ekspertləri Qafqaz Albaniyasının tarixini bilir, digərləri isə erməni və ya erməni əslli digər alimlərin nəzəriyyələrini təkrarlayırlar.
Fərid Şəfiyev
Məqalədə qeyd olunur ki, Qafqaz Albaniyası ilə bağlı nəzəriyyə Ermənistan milliyyətçiləri üçün tamamilə qəbuledilməzdir. Belə ki, bu nəzəriyyə ermənilərin son 300 ildir iddia etdikləri, Qarabağ və Cənubi Qafqazı əhatə edən və Qafqaz Albaniyası coğrafiyası ilə üst-üstə düşən böyük Ermənistanla bağlı nəzəriyyəni dağıdır.
Fərid Şəfiyev Qafqaz Albaniyası ilə bağlı bir sıra materialların siyasiləşdirildiyini deyərək, Qərbdə bir çox araşdırmaların anti-Azərbaycan mövqeyi ilə tanınan, Karnegi Fondu kimi vəqflərə maddi dəstək verən Tavitian kimi erməni diasporu qrupları tərəfindən maliyyələşdirildiyini vurğulayıb.
Onun sözlərinə görə, digər problem ondan ibarətdir ki, Qafqaz Albaniyasının erməni mənbələrindən öyrənilməsi hələ də davam edir. Müəllif alban mətnlərinin əsrlərlə itkin olduğunu və qısa müddət əvvəl gürcü alim Zaza Aleksidze tərəfindən Misirin Dağ Sinay Monastırında aşkar edildiyini diqqətə çatdırıb: “Alban dini mətnlərinin Cənubi Qafqazda aşkar edilməməsi çox qəribədir. Üstəlik nəzərə alaq ki, 1836-cı ildə Rusiya çarının fərmanı ilə Alban Katolikosluğu ləğv edilərək Ermənistanın Eçmiədzin kilsəsinə verilib”.
Müəllif qeyd edir ki, Qafqaz Albaniyası VII əsrdə süqut edərək, ərəb xilafətinin tərkibinə keçib və əhalinin əksəriyyəti İslamı qəbul edib. Xristian qalmaq istəyənlər isə tədricən Alban kilsəsi üzərində nəzarəti ələ keçirmək istəyən, Azərbaycan tarixçilərinin yazdığı kimi Qafqaz Albaniyasının izini itirmək üçün tarixi sənədləri məhv edən və ya saxtalaşdıran erməni kilsəsi ilə birləşib. Bildirilir ki, qeyd edilən fakt Zaza Aleksidze, Yost Qippet, Volfanq Şulz və Timur Maisak kimi alimlər tərəfindən də təsdiqlənib. Müəllifin fikrincə, Eçmiədzinin bəzi mətnləri hələ də saxlaması mümkündür, lakin çətin ki, bu sənədləri əlçatan etsin.
Məqalədə qeyd olunur ki, xristian albanların xristian ermənilərlə sıx münasibətləri olsa da, bəziləri öz müstəqilliklərini saxlamağa çalışıblar. Hətta Azərbaycanın Qarabağ regionunda yerləşən Gəncəsər Alban Katolikosluğunun müstəqilliyi bir sıra orta əsr mənbələri tərəfindən təsdiqlənib. Müəllif əlavə edir ki, Rusiya İmperiyası siyasətçiləri də Albaniyanın mövcudluğunu təsdiqləyiblər. Hətta şahzadə Georgi Potemkin özünün “Şərq planı”nda Ermənistan və Albaniyanın iki ayrı vassal kimi yaradılamasını nəzərdə tuturdu.
“Qafqaz Albaniyasının dini irs ilə bağlı məsələ müvafiq dilləri bilən və elmi biliklərə malik peşəkar tarixçilər tərəfindən həll edilməlidir. Üstəlik, məsələ hər cür milliyyətçilərin hücumlarından da azad olmalıdır”, - deyə müəllif vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar