Xəbər lenti
Algornalgy, Misir
13.07.2021


Müəllif: Behcət əl-Vəkil
Azərbaycanda əsrarəngiz və gözəl məkanlar axtararkən mütləq Şuşa şəhərindən başlamaq lazımdır. Şuşa inzibati ərazi vahidi kimi, 1930-cu ildə təşkil edilib. Onun 29 kəndi var.

Şuşa 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuşdu. Tərəflər arasında ötən ilin sonlarında baş vermis 44 günlük müharibə nəticəsində o, 2020-ci il noyabrın 8-də işğaldan azad edilib.

Şuşa təkcə Azərbaycanda, Qarabağda deyil, bütün Qafqaz regionunda təkrarsız məkanlardan biri sayılır. O, düşmən hücumlarından müdafiə məqsədilə istehkam kimi salınıb. Məhz buna görə qala-şəhər sayılır. Bəli, Şuşa düşmənlər üçün əlçatmaz olan hündür qayalıqda möhkəm qala kimi Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən 1750-ci ildə tikilib.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Həziyev deyir ki, Şuşa Qırxqız, Kirs, Murov, Bağqıran və Sarıbaba dağları ilə əhatə olunub. Şəhər dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir. Şuşa təmiz havası, müalicəvi əhəmiyyəti ilə tanınan istirahət məkanlarından biridir.

Əli Həziyevin sözlərinə görə, Şuşada qoruq da var. Bu şəhərdə yüzlərlə tarixi Azərbaycan abidəsi qorunur. Belə abidələrdən biri Qarabağ xanı İbrahimxəlil xan tərəfindən 1768-ci ildə inşa edilmiş və 1867-ci ildə təmir olunmuş Yuxarı Gövhərağa məscidir. Məscidin divarında Qurandan ayələrin, məscidin tikilmə tarixinin, eləcə də Gövhərağanın vəsiyyətinin həkk edildiyi daş kitabəni görmək mümkündür. Qarabağ xanının qızı Gövhərağa öz xeyirxahlığı, səxavəti ilə tanınıb. O, məscidin otaqlarından birini məktəbə çeviribmiş.

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərini səciyyələndirən əsrarəngiz məkanlardan biri isə Cıdır düzüdür.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Algornalgy


Ana səhifəyə qayıt        Baxış: 3 829          Tarix: 13-07-2021, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma