Xəbər lenti


Qələminə baş əyməyi bacaran bütün qələm əhlinin peşə bayramını "Qələm" şeirimlə təbrik edirəm.

Sevməz dikbaşlığı həyatda qələm,
İstərsə bulaqtək çağlasın ürək.
Şübhə edirsənsə sözümə əgər,
Başını dik tutub yazı yaz, görək!

Sən qələm önündə əydikcə başı,
Qələm də əyilər sinənə sarı.
Yazıyla, pozuyla əlləşən dostum,
Burdakı hikməti tutdunmu, barı?!

Tək qələm yazarın quludur, demə,
Həm də qələminin quludur yazar.
Bəlkə də bundandır, yazar qələmə,
Qələmsə yazara baş əyib yazar.

Heydər Oğuz,
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 3 243          Tarix: 22-07-2021, 09:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma