Xəbər lenti
13-09-2025, 19:48

 
    

 

 

     

       

     Dəyərli jurnalist Rusvat 

   Bayramovun 65 yaşına

Doğulandan bu günədək
Duya-duya,

Yaza-yaza gələn adam.
Payız ötüb,
Qış da keçib,
Üzü yaza gələn adam.
Ömrü boyu bir qələmdən yapışmısan.
Qələm yazıb, rəngə dönüb.
Belə anlar
Gah döyüşə, cəngə dönüb.
Ərimisən hər söz üstə.
Ərimisən gah od üstə,
Gah köz üstə.
Məmləkətin acısı da,
Ağrısı da səndən keçib,
Qələmində bənd alıbdı.
Qələmindən çıxanları
Burda Şahdağ,
Orda Səhənd alıbdı.
Qələmindən boy verib,
Pöhrələyib neçəsi.
Neçəsinə ömür verib,
Ömrün gündüzüş, gecəsi.
Qələm sənin silahındı.
Qa demisən, qa verib.
Qu demisən, qu verib.
Qələm sənə sevgi verib,
Duyğu verib.
Sən bir ömür yaşamısan
Şüurlu.
Dünənin işıqlı,
Bu günün nurlu.
Özün kişi kimi yaşayırsan.
Qələmin qürurlu.
                   1.02.2020




Ana səhifəyə qayıt        Baxış: 1 289          Tarix: 1-02-2020, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma