Xəbər lenti

Şuşa şəhəri 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub.

Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub.

Xatırladaq ki, bu il Türk Dünyasının Mədəniyyət Paytaxtı Bursa şəhəridir.

"Azərbaycana dahi sənətkarlar, mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərini dirçəltmək, buraya yeni nəfəs gətirmək çox zəruridir" - deyə, TÜRKSOY Baş katibi Düsen Kaseinov bildirib.

“Şuşanı dirçəltmək istəyirik. Azərbaycana o qədər dahi sənətkar bəxş etmiş şəhəri dünyaya tanıtmaq istəyirik. Bu mübarək yurda yeni nəfəs gətirməliyik. Biz təşkilat olaraq bunun üçün əlimizdən gələni edəcəyik” – deyə qurum rəhbəri vurğulayıb.

"Şuşa şəhərinin Türk Dünyasının Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı hazırlanır". Bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.

“Bu, bizim üçün çox vacib məqamdır. Hər kəsi bu əlamətdar gün münasibətilə təbrik edirəm! Şuşa 2023-cü il Türk Dünyasının Paytaxtı seçilib. Ermənilər bu şəhərdə işğal dövründə tarixin izini silmək istəyirdilər, lakin bunu bacarmadılar”, - nazir bildirib.

“Konsertlər, sərgilər keçirməklə şəhərin gözəlliyini bütün dünyaya nümayiş etdirmək istəyirik. Ədəbiyyat festivalı keçirmək istəyirik. Ümumiyyətlə, planlarımız çoxdur. Məqsəd Azərbaycanın ürəyi olan Şuşa şəhərini nümayiş etdirməkdir”, - A.Kərimov deyib.



Ana səhifəyə qayıt        Baxış: 3 271          Tarix: 31-03-2022, 18:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma