Xəbər lenti


On yaşlı rəssam Aylin Hüseynova 2014-cü il May ayının 5-də Abşeron rayonunun Sulutəpə qəsəbəsində dünyaya göz açıb. Əslən Naxçvan Muxtar Respublikası, Şahbuz rayonunun Kükü kəndindəndir. Yay aylarında balaca rəssam Kükü kəndinə, babasıgilə qonaq gedir. Kükünün əsrarəngiz gözəlliyi Aylini heyran edir. Bu gözəlliklər tez-tez Aylinin çəkdiyi şəkillərdən boylanır. Kənddəki evlərinin yanından bir çay da axır. O çayın həzin zümzüməsi Sulutəpədə Hərdən Aylinin yuxularını qaçırır.  Aylin də bu qarışıq düşüncələri rəsm edir.
 Bu təhsi ilində  Aylin Hüseynova Bakıdakı 313 nömrəli orta məktəbin 5-ci sinfində oxuyacaq. İnanırıq ki, balaca Aylin gələcəkdə adlı-sanlı rəssam olacaq. Biz də Aylinə uğurlar arzulayırıq.





Ana səhifəyə qayıt        Baxış: 1 840          Tarix: 12-08-2024, 14:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma