Xəbər lenti

  Finlandiyanın Xamelina şəhərində Azərbaycanın tanınmış rəssamı, “Dostluq” Azəri-Fin Cəmiyyətinin fəal üzvü Çingiz Abbasovun rəsm sərgisi keçirilir.

 Bu barədə cəmiyyətin sədri Təranə Nəzərova məlumat verib.

 Qeyd edək ki, Çingiz Abbasov ABŞ, Avropa, o cümlədən Finlandiyada fəaliyyət göstərən bir sıra rəsm qalereyaları ilə əməkdaşlıq edir. Onun rəsmlərinə dünyanın bir çox şəxsi və korporativ kolleksiyalarında, həmçinin tanınmış alman kolleksioneri Reynhold Vürtun muzeyində, Finlandiya Prezidenti Sauli Niinistonun kolleksiyasında rast gəlmək olar.

 Ç.Abbasovun yenicə tamamlanmış “Çovqan”adlı rəsm işləri Bakıda yeni açılmış Media Mərkəzində nümayiş olunub.

 Bu yaxınlarda isə sənətkar Birinci Dünya müharibəsində iştirak etmiş əfsanəvi “Vəhşi Diviziya”nın qəhrəmanı Azərbaycan Süvari Alayına həsr etdiyi “Üçlük” adlanan böyük həcmli əsərini tamamlayıb. /azertag.az/




Ana səhifəyə qayıt        Baxış: 1 091          Tarix: 29-08-2017, 09:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma