Xəbər lenti

Körpə hiçqırığı altda
səni bağışladım günahlarına,
taleyin sənə olan
 qarğışlarlna...
***
Düşmən əlimi,
sıxır,
 dost ürıyimi.
***
Çəkil ,
cəllad!
Tanrı deyilsən
başımın
 üstndə!
***
Günün günorta çağı
 İçimdə boğulur gecə.
***
 
Səni
əvvəl çox sevdiyim,
sonra xoşlamadığım
paltarım kimi
tər-təmiz soyundum
 əynimdən
***
Səhərlər
yaralı göyərçin tək
çırpılır
aynalara
 azan səsi !
***
 
Sənsiz qəlbim
tənhalığı geymiş
yoxsul
küçəyə bənzəyir.
***
Yenə də
doğulmaq istəyirəm
sən öldürən ürəkdə
 səni yaşatmaq üçün...
-0-
Fırlanır özüyçün,
boşuna dünya.
Ömür balıq kimi,
sürüşür əldən.
Əllərim qəlbim kimi,
buz bağlayır.
Sağım quru, solum quru.
Göynəm - göynəm göyəribdi
Bürünüb bu gecəyə
Ömrü büküm boxçasına.
 Bu dünya verdiyin-
Alır bizdən sitəm - sitəm!...
       -0-
Qarışıb dünyan-
yaman qarışıb.
Yenə gözlərindən
kədər asılıb
kimdi arzusunda
göynədən səni?
Kimin gecəsində-
boğulur səsin?!
Soruşsan adını
unudub belə.
Onun sevgiləri
əbədi yuxu!
Səninsə qəlbində
bir ömür onun
Rəsmi...
    -0-

 

SEVƏNLƏR DARIXANDA

Layla deyər gecələr,
Mürgü vürar küçələr,
 Ay dərdindən inçələr,
Sevənlər darıxanda.

Göylərdə şimşək çaxar,
Qəlbi yandırar yaxar,
Ay da uzaqdan baxar-
 Sevənlər darıxanda.

Güllər saralıb solar,
Söyüd saçını yolar.
 Könlümə qübar dolar-
 Sevənlər darlxanda.

Bahar keçər ,yay keçər,
İl dolanar ,ay keçər.
Bir gün bir ömür keçər-
 Sevənlər darıxanda.

Ötənlər düşər yada,
Ömür keçər röyada,
Darıxar bu dünya da!...
 Sevənlər darıxanda.

Günəş şəfəqin saçar,
Qəlbə göydən nur axar,
Dünya özü darıxar-
 Sevənlər darıxanda.

MƏN TƏNHA QU QUŞUYAM

Mən tənha qu quşuyam,
Dərdlərimlə baş-başa.
 Gah suya çırpılıram,
Gah qayaya,gah daşa.

Baxıram göy dənizə,
Boylanıram səmaya.
Gündüz günə baxıram,
 Gecəsə tənha Aya.

Həyat öz axarında,
Hər kəs öz isdəyində.
Mən tənha qu quşuyam,
 Kədər var ürəyimdə.
             -0-
TUTMAĞA BİR YER YOX,
ASILIB BU DÜNYADAN
BİR RUHU İNCİTMƏDƏN
 KÖÇƏSƏN BU DÜNYADAN!

ÇEVİR DÜNYANI ÜSDÜNƏ,
BOĞUB ZAMANI TÜSTÜNƏ.
DURUB CANIN QƏSDİNƏ,
 KÖÇƏSƏN BU DÜNYADAN!

GÖYDƏ HƏSRƏT YUXUSU,
ÇÖLDƏ ÇİÇƏK QOXUSU.
ÜZDƏ SEVGİ QORXUSU
 KÖÇƏSƏN BU DÜNYADAN! !

YAZAĞZI YAĞIŞ KİMİ,
POZULMAZ NAXIŞ KİMİ,
BİR ZƏFƏR ÇALMIŞ KİMİ
 KÖÇƏSƏN BU DÜNYADAN!
 
SƏNƏ SEVMƏK ÖYRƏDƏCƏM...

QONUB SAÇLARINA ƏLİM OXUYAR,
KÖVRƏK PIÇILTILAR SEVGİ QOXUYAR,
 GECƏLƏR DƏRDİMİ VERİB YUXUYA,
MƏN SƏNƏ SEVMƏYİ ÖYRƏDƏCƏM!

UNUDUB FƏLƏYİN QARĞIŞLARINI,
İSİDİB TALEYİN NAXIŞLARINI.
ÖPÜB ÇİÇƏK-ÇİÇƏK BAXIŞLARINI,
 MƏN SƏNƏ SEVMƏYİ ÖYRƏDƏCƏYƏM!

YUZ YOL SÖYLƏDİM,URƏK, AĞRIMA,
BU ÖMRÜ GƏL YOLA VERƏK , AĞRIMA.
SƏNİ ARZUM KİMİ BASIB BAĞRIMA,
 MƏN SƏNƏ SEVMƏYİ ÖYRƏDƏCƏYƏM.

ÇOX GƏZMƏ KÖNLÜMÜN QƏM DAĞLARINDA,
QƏMDƏN HAVALANIR QƏM DAĞLARIMDA.
ADIM ÇİÇƏKLƏYƏR DODAQLARINDA,
 MƏN SƏNƏ SEVMƏYİ ÖYRƏDƏCƏYƏM...
                    -0-
GÖZLƏRİMDƏ BİR OVUC
YUXU ÜŞÜDÜ
SƏBRİMDƏN KEÇƏN CIĞIRA
 QAR DÜŞDÜ.
ALIN YAZIMIN SƏTİRLƏRİ ARASINDA
UZAQ İLLƏRİN AĞRISI
 ÇIXDI KÖYNƏKDƏN...
DİLİMDƏKİ ""SEVİRƏM""SÖZÜ
 BU AĞRIDAN,BU KÖYNƏKDƏN...
ƏLVİDA,DOSTUM
ƏLVİDA
DAHA ÇIXIB GEDİRƏM
ÖMRÜN O BAŞINA
SƏNİ ALLAH TAPŞIRDIM,
 ÖZÜMÜ BİR CÜT ĞÖZ YAŞINA


Ana səhifəyə qayıt        Baxış: 1 433          Tarix: 29-04-2020, 16:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma