Xəbər lenti

 

Evləndilər, boşanandan sonra isə cehiz üstündə dava düşdü. Hətta qız evi keçmiş kürəkənlərini cehizi mənimsəməyə görə məhkəməyə verib.

Milli.Az bildirir ki, Salyan rayon sakini Əli Amalov 2011-ci ildə ailə qurduğu xalası qızı ilə bir müddət sonra aralarındakı münaqişəyə görə məhkəməyə müraciət edib. Elə bütün problemlər bundan sonra başlayıb.

Əli Amalov iddia edir ki, nikahları olan zaman hec bir cehiz əmlakına imza atmasa da, sonra böyük bir əmlak siyahısı ortaya çıxıb. Hətta siyahıda elə şeylər yazılıb ki, onların heç biri cehiz kimi onun evində olmayıb.

Sonuncu dəfə ailə məhkəmənin iclası zamanı ona 7 min 500 manatlıq borc kəsib. Məsələyə Əlinin həyat yoldaşı Ülkər Cəfərovanın da mövqeyini öyrənmək üçün onunla telefon əlaqəsi saxladıq. Ülkər xanım isə keçmiş həyat yoldaşının onun mülkünü mənimsədiyini, hətta uşağa görə aliment belə vermədiyini bildirib.

Hüquqşünaslar birdiri ki, qanuni əmlak siyahısına ər imza atıbsa, indi öhdəliklərini yerinə yetirməlidir. Buna görə də ailə quranlar əmlak siyahısını imzalayarkən orda həqiqətən gətirilən cehizin real olub olmadığına diqqət yetirməlidir ki, gələcəkdə belə problemlər yaranmasın. /xezerxeber.az

 

Videonu izləmək üçün şəklə klikləyin:
35 minlik cehiz davası: Ər və arvadın cehizə görə davaları səngimir




Ana səhifəyə qayıt        Baxış: 583          Tarix: 13-10-2017, 23:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma