Xəbər lenti

 

Çinin ticarət şəbəkələri hər il 11-ci ayın 11-də “Yalnızlar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir.

Beləliklə, alış-veriş günü ən böyük Çin internet saytlarının sahibləri tərəfindən ən müxtəlif məhsullar üçün nəzərdə tutulmuş böyük endirim günüdür. Bu gün alıcılara böyük endirimlər təklif edən “Qara Cümə” ilə müqayisə olunur.

Azərbaycanda isə endirim bayramı bir gün yox, bir ay davam edir!

Oktyabrın 15-dan başlayan ikinci Bakı Şopinq Festivalı noyabrın 15-dək davam edəcək.

Festival çərçivəsində alıcılara möhtəşəm endirimlər təklif olunur. Bu endirimlərlə Festivalın sosial şəbəkələrdəki rəsmi səhvələri: http://www.twitter.com/bakushopfest, https://www.instagram.com/bakushopfest/, https://www.facebook.com/bakushopfest və rəsmi internet səhvəsində http://bakushopfest.com/ tanış olmaq olar.

Budan əlavə bir mağazadan toplam məbləği 100 AZN-dən yuxarı olan alış-verişlərin müəyyən hissəsi alıcıya qaytarılır. Alış zamanı satıcı alıcıya elektron vergi hesab fakturası təqdim edir. Alıcı ƏDV köşkünə yaxınlaşır və həmin fakturanı təsdiqlədir. ƏDV köşklərinin ünvanını festivalın saytındakı http://bakushopfest.com/edv-koshkleri/ keçidindən əldə edə bilərsiniz.

Qeyd edək ki, hər il iki dəfə təşkil olunan Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək keçirilib.

Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosu həvalə olunub.

Festivalın bitməsinə sayılı günlər qalır. Fürsətlərdən yararlanmağa siz də tələsin!




Ana səhifəyə qayıt        Baxış: 566          Tarix: 11-11-2017, 19:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma