Xəbər lenti

27 yaşlı irlandiyalı Con Kollison 2011-ci ildə qurduğu “Stripe” internetdən ödəmə sistemi sayəsində dünyanın ən gənc milyarderi olub.

Dünyada 100 mindən çox müştərisi olan şirkətin dəyəri 2016-cı ildə 9 milyard 200 milyon dollara çatıb. 

“Forbes” iqtisadiyyat dərgisi Con Kollison və qardaşı, “Snapchat” proqramının sahiblərindən olan Patrik Kollisonun gəlirlərinin 1 milyard 300 milyon dollar olduğunu açıqlayıb.

Con Kollison nə qədər pulu olduğunu sual verənlərə belə cavab verib:

“Mənə bu sualı çox insan verir. Varlı olduqdan sonra həyatımın necə dəyişdiyini soruşurlar. Bahalı yarışlardan misal çəkirlər. Ancaq mən sadəcə boş vaxtlarımda qaçmaqla məşğul oluram. Bu çox praktik və bəsit bir hobbidir”. 

Qeyd edək ki, milyarder qardaşlar İrlandiyanın cənubundakı Tipperari adlı qəsəbədə böyüyüb və oradakı dövlət məktəbində oxuyublar.

Uşaqlıqdan bəri kompüter proqamlarına böyük maraqları olub və buna görə ABŞ-dakı universitetlərdən birində oxumağı özlərinə hədəf seçiblər. Patrik 2007-ci ildə Massaçusets Texnologiya Universitetinə, Con isə Harvard Universitetinə daxil olub. Lakin onlar bizneslərini inkişaf etdirmək üçün universiteti atıblar.

Milyarder qardaşların şirkətlərində hazırda 750 işçi fəaliyyət göstərir.//Publika.az

 




Ana səhifəyə qayıt        Baxış: 935          Tarix: 21-11-2017, 23:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma