Xəbər lenti

Bu gün Azərbaycan Vəkillər Kollegiyasına qəbul edilən namizədlərin tam əksəriyyəti, 80 faizi 40 yaşına kimi olan hüquqşünaslardır.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib

Onun sözlərinə görə, hazırda vəkilliyə gənc hüquqşünaslar böyük maraq göstərirlər: “Bu da sevindirici haldır. Aprel ayının 16-dan etibarən vəkilliyə sənəd qəbulu başlanıb. Növbəti vəkilliyə qəbulla bağlı növbəti imtahanı payızda keçirməyi nəzərdə tuturuq. Vəkilliyə qəbul edilən şəxslərə yeni vəsiqələr təqdim olunub. İndiyə qədər vəkillərin vəsiqələri qırmızı kitab formasında idi. Hazırda yeni vəsiqələri beynəlxalq standartlara uyğun olaraq hazırlamışıq. Yeni vəsiqələrdə Azərbaycan dili ilə bərabər, ingilis dilində məlumatlar olacaq”.

A.Bağırov əlavə edib ki, vəkillər və vəkillik haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb:

“Vəkilliyə qəbulla bağlı 3 illik stajın bir ilə endirilməsini təklif edirik. 3 illik staj 1 ilə endirilsə, gənc hüquqşünaslar bu sahəyə yönələr. Bizdə 3 illik staj olduğuna görə universiteti bitirənlər başqa sahələrə gedirlər. Biz vəkilliyə daha çox gənc hüquqşünasları cəlb etmək istəyirik. Ona görə də stajın aşağı olması məqsədəuyğun olardı”. (Trend)

 




Ana səhifəyə qayıt        Baxış: 784          Tarix: 2-05-2018, 14:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma