Xəbər lenti

“Ələt limanı “Şimal-Cənub”, “Şərq-Qərb” dəhlizləri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Limanları Konfransında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, Ələt limanı Azərbaycanın potensialının daha da genişləndirilməsinə xidmət edəcək: “Bakı Limanı “Yaşıl liman” statusuna uyğun olaraq inkişaf etdirilir və ən son texnologiyalardan istifadə olunur. Ələt limanı Azərbaycanın logistika mərkəzi kimi inkişafına töhfə olacaq”.

Nazir bildirib ki, hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər davam edir.

 




Ana səhifəyə qayıt        Baxış: 845          Tarix: 9-05-2018, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma