Xəbər lenti

İctimai işlər növündə cəzanın və inzibati tənbehin müddətinin necə hesablanacağı açıqlanıb.

Bu, Ədliyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi  “İctimai işlər növündə cəzanın və inzibati tənbehin icrası Qaydaları”nda əksini tapıb.

Qaydalarda qeyd edilir ki, ictimai işlərin müddəti saatla hesablanır. İctimai işlər həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlərin müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində iki saatdan, şəxsin razılığı ilə isə dörd saatdan çox ola bilməz. İctimai işlər növündə cəzanın icra müddəti on beş yaşınadək məhkumlar üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək məhkumlar üçün isə üç saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqda icra məmuru ictimai işlərə cəlb olunan şəxsə onun müraciəti əsasında həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verə bilər. (APA)

 




Ana səhifəyə qayıt        Baxış: 478          Tarix: 21-05-2018, 15:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma