Xəbər lenti

Tovuzda zəncirvari avtomobil qəzası baş verib, yaralılar var

Hadisə Aşağı Quşçu kənd ərazisində baş verib.

Belə ki, “Mercedes” , “Fiat” və “VAZ-2104” markalı avtomobillərin toqquşması nəticəsində zəncirvari qəza baş verib. İlkin məlumata görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.




Ana səhifəyə qayıt        Baxış: 603          Tarix: 30-08-2018, 14:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma