Xəbər lenti
Bu gün, 19:25

“Bakıda yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tövsiyə və göstərişlərinə əməl etməyənlər var. Müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa məhəl qoymayan ictimai iaşə obyektləri barəsində artıq qanunamüvafiq tədbirlər görülməyə başlanıb”.

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Faiq Mütəllimov deyib.

O diqqətə çatdırıb ki, “Kleopatra”, “Qızıltac”, “Karvan”, “Yeddi gözəl”, “Nazlı saray”, “Oskar”, “Şəlalə”, “Xəmsə” “Neon”, “Ağ çiçəyim” “Praqa”, “Milord”, “Real”, “Turan”, “Təbrik” və digər şadlıq sarayları barəsində qanuna müvafiq tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir:

“”Manqal”, “Tərxun”, “Viana”, “Fəridə”, “Pak dad”, “Hollywood”, “Versal Palace”, “Xudafərin”, “Mona Liza”, “Abqora”, “Opera”, “Golden Ring”, “Qızıl “Buta”, “Ümid” ictimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğular quraşdırılıb, 133 şadlıq sarayı və ictimai iaşə obyektləri isə müasir qurğuların quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb”-deyə o əlavə edib.

 




Ana səhifəyə qayıt        Baxış: 587          Tarix: 21-09-2018, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma