Xəbər lenti
27-11-2024, 19:25

“Yaxın zamanda Nazirlər Kabineti tərəfindən nümunəvi qəbirstanlıqların yaradılması və idarə olunması ilə bağlı sərəncam olacaq. Sənəddə qəbirstanlıqlar üçün yerlərin ayrılması, idarə olunması, formaları kimi məsələlər öz əksini tapacaq”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov “Bələdiyyələrin statusu haqqında” qanununa təklif olunan dəyişikliklərin müzakirəsi zamanı çıxış edərkən deyib. O bildirib ki, bəzən insanlar tərəfindən qəbirstanlıqlarda qabaqcadan yerlər alınır. Onun sözlərinə görə, bu məsələlərdə ardıcıllıq həyata keçirilməlidir.

“Hökumət tərəfindən hazırlanan sənəd belə problemlərin qarşısını alacaq. Bu qədər dəm-dəstgaha, artıq xərclərə ehtiyac qalmayacaq”.  S. Novruzov qeyd edib ki, müasir dövrdə elə xəstəliklər var ki, bu xəstəlik uzun müddət həllini tapa bilmir və belə insanlar əkin sahələrindən, məktəb, xəstəxana və su hövzələrindən kənarda dəfn edilməlidir: “Əks halda, bu, prolemlərə səbəb olur. Bundan əlavə, yas və dəfn mərasimi ilə bağlı analayışlar fərqlidir. Belə ki, qanuna əsasən, bələdiyyələrin üzərinə yasla bağlı xərclərin qoyulması onların işində çətinliklər yarada bilər. Əgər kiminsə dəfn etməyə imkanı yoxdursa, o zaman bələdiyyələr belə insanlara yalnız dəfn mərasimində yardım etməlidir. Amma yas mərasimini ev sahibi özü istəyinə uyğun şəkildə keçirməlidir. Əgər biz bələdiyyələrə yas mərasimi ilə bağlı səlahiyyət versək, o zaman hər kəs bələdiyyəyə müraciət edəcək və bu da onların üzərinə yük olacaq”.

Deputata qeyd edib ki, şəhid adının əbədiləşdirilməsi və güzəştlər haqqında məsələyə bələdiyyələr də daxil edilməlidir. “Bildiyiniz kimi, bu prosedurlar dövlət büdcəsi hesabına həyata keçirilir. Başqa qanunda bu belə nəzərdə tutulub. Ona görə də bu qanun da uyğunlaşdırma aparılmalıdır”.

Deputat Fazil Mustafa isə deyib ki, qəbristanlıq yerlərinin satılması, yaxud o yerlərin kiməsə verilməsi halında başqa qurumlar buradan vəsait götürürlər. Amma qorunma, saxlanma bələdiyyənin üzərinə qoyulur.

Fazil Mustafa bidirib ki, əslində bu məsələlər bələdiyyələrə verilməlidir.  “İmkan yaradılmalıdır ki, torpağı da onlar versin, yeri də onlar ayırsın. Bələdiyyələr öz ərazisində bir sıra funksiyaları həyata keçirmək imkanı verilməlidir”.

Deputat digər problemlərə də diqqət çəkib: “Şəhərin ortası ilə gedirsən, görürsən kiçik yaşlı qız uşaqları masaj salonlarının reklamı ilə bağlı kağızlar paylayırlar. Bu uşaqları belə işlərə kim cəlb edib? Bələdiyyələr də öz ərazilərində bu kimi hallara qarşı mübarizə aparmalıdır. Biz bələdiyyələrin statusunun artırılması istiqamətində addımlar atmalıyıq”.

F.Mustafa qeyd edib ki, faktiki olaraq bələdiyyələr fəaliyyətsiz quruma çevrilib. “Normal büdcəsi olan bələdiyyəmiz yoxdur”.

Müzakirələrdən sonra İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb və qəbul olunub. Məcəlləyə yeni – 516-1 (Qəbirstanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə olunub. Maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.

Qəbirstanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.

Bundan başqa, qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq ediləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 472          Tarix: 5-10-2018, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma