Xəbər lenti

 

Yaponiya hökuməti müəyyən sektorlarda işçi qüvvəsi boşluğunu yaşayır. Hökümət bu boşluğu aradan qaldırmaq üçün yeni qanun layihəsi hazırlayıb.

Layihəyə əsasən, xarici ölkələrdən işçi qüvvəsinin cəlb edilməsinə müəyyən güzəştlər tətbiq ediləcək.

Bunun üçün iki yeni viza kateqoriyası hazırlanıb. Layihə təsdiq edilsə xüsusən tikinti, kənd təsərrüfatı və səhiyyə sektorunda işləyəcək şəxslərin ölkəyə girişi asanlaşacaq.

Qanun layihəsinə əlavə edilən yeniliyə görə, xaricilərə bəlli bacarıqları və Yapon dili bilgilərinə görə 5 il işləmə və ailələrini ölkəyə gətirmə icazəsi veriləcək.

İkinci növ viza qaydalarına görə, daha yüksək səviyyədə bacarıqlara sahib olan xaricilərə isə bir müddət sonra daimi yaşamaq icazəsi veriləcək.

Müxalif partiyası təmsilçiləri isə bu qanunun qəbulundan sonra ölkədə cinayət sayının artacağını bildirib./publika.az




Ana səhifəyə qayıt        Baxış: 420          Tarix: 3-11-2018, 22:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma