Xəbər lenti
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
SOCAR Ermənistanın yanacaqdoldurma biznesini tamamilə öz inhisarına ala bilər.
Ovqat.com xəbər verir ki, Ermənistanın Yerevan Today portalı bu iddiadadır.
Portal az qala ikinci “soyqırım” kimi təqdim etdiyi bu məlumatı Ermənistan iqtisadiyyat naziri Vaan Kerobyanın 27 avqustda mediaya verdiyi bir açıqlama ilə əsaslandırır. Nazir həmin açıqlamasında Gürcüstandan Ermənistana 60 milyon dollarlıq investisiya qoyulacağı məlumatını verib. Yəqin ki, bu xəbərin ölkədə muştuluq kimi qəbul olunacağını, hər kəsin bir ağızdan ona “molodes, Kerobyan” deyəcəyini düşünüb. Fəqət bütün gözləntiləri əks nəticə verib.
Məsələ burasındadır ki, nazir həmin 60 milyonluq investisiyanın Ermənistanda yanacaqdoldurma məntəqəsi sektoruna yatırılacağını bildirib. Məhz bu nüansın açıqlanmasından sonra, necə deyərlər, “xiyar əyri bitib”.
“Yerevan Today”ın iddiasına görə, bu qədər investisiyanın yalnız yanacaqdoldurma məntəqələri açmağa sərf olunması Ermənistan kimi balaca ölkədə həmin sahənin tamamilə inhisara alınması mənasına gəlir.
Üstəlik, investisiya layihəsinin arxasında kimin dayanması da erməni mediasını xeyli narahat edir. Düzdür, nazir həmin çıxışında təşəbbüskar-investorun adını çəkməyib. Amma erməni mediasının araşdırmaları nəticəsində məlum olub ki, ölkəyə bu qədər böyük vəsaiti yatırmaq istəyən “müxtəlif vaxtlarda Rusiya, İsveç və Gürcüstan vətəndaşı olan tanınmış iş adamı David Yakobaşvili”dir.
Bəs kimdir bu David Yakobaşvili?
Erməni portalı bu suala belə cavab verir:
“Yakobaşvili Gürcüstanın "Petrocas Energy Group" şirkətinin rəhbəridir və yük daşımaları ilə məşğuldur. 60 milyon dollarlıq sərmayə vədi Ermənistanın benzin və dizel yanacağı bazarını tamamilə udmaq cəhdinin planlaşdırıldığı anlamına gəlir. Yakobaşvilinin şirkətinin Ermənistanda belə bir fürsəti yaxalayacağına şübhə ola bilməz”.
Portalın fikrincə bu, hələ ən pis hal deyil. Bundan daha betəri də var: “Yakobaşvilinin Azərbaycanın neft şirkəti SOCAR-la ortaqlığı var”.
Yakobaşvilinin vasitəsilə SOCAR-ın erməni yanacaq bazarına çıxacağını və “bundan irəli gələn siyasi, geosiyasi fəsadlarla bağlı əsaslı şübhələrin” olduğunu vurğulayan portal yazır:
“Bütün bunlar isə bizim hökumətin “yüngül əli” ilə həyata keçirilir. Bu kimi faktları hesaba qatanda məlum olur ki, əvvəlcədən də bildiyiniz kimi, Kerobyan əslində Azərbaycan-Türkiyə maraqlarına xidmət edir. Ancaq ola bilsin ki, burada onun şəxsi biznes maraqları da var".
Rövnəq Abdullayev – Erməni nankorluğunun ən böyük zərərçəkəni
Bir sözlə, Rövnəq müəllimin həqiqətən də çörəyinin duzu yox imiş. Azərbaycan xalqının boğazından kəs, xidmət haqqı ödəyə bilməyən sosial yardıma möhtac vətəndaşının qazını bağla, erməni təcavüzünə qarşı ölüm-dirim savaşında sağlamlığını, həyatını itirən insanların və ailələrinin min bir çətinliklə tikdiyi evləri başlarına uçur, bunun müqabilində gah Gürcüstanın hansısa erməni kilsəsinə qaz ver, gah da bütün Ermənistanı benzin və dizel yanacağı ilə təchiz edən böyük şəbəkə qurmağı planlaşdır, dolayısıyla onları enerji böhranından çıxarmaq qayğısına qal, Allahın bu nankor bəndələri isə sənə İrəvanın orta göbəyində heykəl qoymaq əvəzinə, “insanpərvər” xidmətlərini də bəyənməsinlər. Doğrusu, adamın Rövnəq müəllimə lap yazığı gəlir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar