![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 15:06
Bu gün, 14:45
Bu gün, 09:14
Dünən, 23:00
Dünən, 17:07
Dünən, 13:48
Dünən, 10:59
11-02-2025, 23:32
11-02-2025, 22:23
11-02-2025, 21:39
![](/uploads/posts/2021-11/1637400147_s-300.jpg)
Artıq 1 ilə yaxındır ki, İsrail hərbi təyyarələri Suriyadakı İran mövqelərini bombardıman edir, Rusiyanın müxtəlif aviabazalara yerləşdirdiyi hava hücumundan müdafiə sistemləri isə buna heç bir cavab vermir. Bundan bir neçə il əvvəl ABŞ hərbi gəmilərinin Suriyanı raket yağmuruna tutması zamanı bənzər sükut yaşanmış və demək olar ki, atılan bütün mərmilər öz hədəfinə dəymişdi.
Bir çoxları Rusiyanın bu hücumlara reaksiyasızlığını Bəşər Əsədi və İranı İsrailə, yaxud ABŞ-a satması kimi qiymətləndirirdilər. Rusiya isə hücum vaxtı HHM sistemlərinin aktiv halda olmadığını iddia edirdi.
Ovqat.com-un yerli qaynaqlara istinadən verdiyi məlumatına görə, sən demə, Rusiya HHM sistemlərinin sükutunun daha ciddi səbəbi var imiş. Məgər ki, həmin HHM sistemləri ümumiyyətlə mövcud deyilmiş.
![](/uploads/posts/2021-11/1637400188_s-300.jpg)
İddialara inansaq, Rusiyanın Suriyanın mərkəzində yerləşdirdiyi hava hücumundan müdafiə sistemləri əslində rezin balonlardan ibarət olduğu ortaya çıxıb və bu həqiqəti kürd separatçılarının bölgədən çəkib ABŞ qüvvələrinə ötürdüyü foto-şəkillər də təsdiqləyib.
“Təxminən bir həftə əvvəl Suriya və İran hərbçilərini guya ABŞ, İsrail və Türkiyənin hücumlarından qoruyan Tabka aviabazasındakı rus S-300 hava hücumundan müdafiə sistemlərinin real olmadığı aşkarlanıb. Məlum olub ki, S-300 kimi görünən həmin “komplekslər” əslində düşməni çaşdırmaq və mümkün hücumların qarşısını almaq üçün şişirtmə maketlər olduqları aydınlaşıb. Bunu aydınlaşdıran isə ABŞ-ın nəzarətində olan kürdlərin çəkdiyi bir neçə şəkil olub. Şəkildə görsənir ki, hərbi bazadaki həm S-300 hava hücumundan müdafiə sisteminin radarı, həm də mobil buraxılış qurğuları balon maketlərdir”, - məlumatda belə deyilir.
![](/uploads/posts/2021-11/1637400146_s300.jpg)
![](/uploads/posts/2021-11/1637400195_s300a.jpg)
Bildirilir ki, iddialarla bağlı Dəməşq və Moskva hələ də rəsmi açıqlama verməyib. Lakin kürdlərin Amerikaya yardım etməsi, Suriya, İran və Rusiya hərbçilərinin mövqelərini təhlükə altına atması “Bəşər Əsədin dostları” koalisiyası arasında ciddi narahatlıqlar yaradıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər