Xəbər lenti

Qazaxıstan Səhiyyə Nazirliyi ölkədə iğtişaşlar zamanı 164 nəfərin həlak olması ilə bağlı xəbəri təkzib edib. Bu barədə “Report” “İnterfaks-Qazaxıstan” agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Qazaxıstanın operativ qərargahı öz teleqram kanalında ölənlərin sayı barədə Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Artıq mesaj silinib.

Məlumatda deyilirdi ki, Qazaxıstanda iğtişaşlar başlayandan təkcə Almatı şəhərində 103 nəfər ölüb.



Ana səhifəyə qayıt        Baxış: 3 374          Tarix: 9-01-2022, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma