Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Rusiya Çindən Ukraynanı işğal əməliyyatlarını dəstəkləmək üçün hərbi texnika istəyib və bu, Ağ Evdə ciddi narahatlıq doğurub.
Ovqat.com ABŞ mediasına istanədən xəbər verir ki, Vaşinqtonun bu narahatlığı Pekinin Rusiyanı dəstəkləməsinin Ukrayna qüvvələrinin öz ölkələrini müdafiə etmək əzminə zərbə vura biləcəyi perspektivindən qaynaqlanır.
ABŞ rəsmiləri “Financial Times” nəşrinə açıqlamalarında Rusiyanın Çindən hərbi texnika və digər yardımlar istəməsi ilə bağlı məlumatı təsdiqləyiblər. Lakin mənbələr Rusiyanın hansı silahlar istəməsi barədə təfərrüata varmaq istəməyiblər. Mənbələr sadəcə Çinin Rusiyaya kömək etməyə hazırlaşdığına dair bəzi əlamətlərin olduğunu və ABŞ-ın bu barədə müttəfiqlərinə xəbərdarlıq etməyə hazırlaşdığını bildirib. ABŞ rəsmiləri Ukraynada müharibənin üçüncü həftəsinə uzandığı üçün Rusiyanın bəzi silah növlərinin tükəndiyinə dair işarələrin olduğunu vurğulayıblar.
Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Pengyu “Financial Times”a verdiyi açıqlamasında ölkəsinin Rusiyaya kömək etməyə hazır ola biləcəyi ilə bağlı hər hansı məlumata malik olmadığını söyləyib. O bildirib ki, Çin Ukraynadakı vəziyyətdən dərin narahatdır və kədərlənir. "Ümid edirik ki, vəziyyət tezliklə yüngülləşəcək və sülh yenidən bərpa olunacaq", - Pengyu belə deyib.
Maraqlıdır ki, məlumat ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivanın bu gün Çinin xarici siyasət üzrə yüksək səviyyəli rəsmisi Yang Jiechi ilə danışıqlar aparmaq üçün Romaya getdiyi bir vaxtda yayılıb. Cek Sullivanın bazar günü Vaşinqtonu tərk etməzdən əvvəl Çinə ünvanladığı xəbərdarlıq mesajları da “Financial Times”ın iddilarını doğrulayacaq mahiyyətdədir. O, mediaya vasitəsi ilə Çini ABŞ və müttəfiqlərinin prezident Vladimir Putin və onun rejiminə qarşı tətbiq etdiyi sanksiyalardan yayınmamağa və Moskvaya kömək etməklə Rusiyanı “xilas etməməyə” çağırıb.
"Biz Çin yetkilərini əmin edəcəyik ki, nə onlar, nə də başqa birisi Rusiyanın itkilərini kompensasiya edə bilməyəcək", - Sullivan bazar günü NBC televiziyasına açıqlamasında bildirib. "Bunun qarşısını almaq üçün xüsusi vasitələrə malikik, amma bunları ictimaiyyətə açıqlamaq fikrində deyiləm. Lakin biz əvvəllər olduğu kimi, yenə də öz narahatlığımızı özəl olaraq Çinə çatdıracağıq", - Sullivan deyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar